Bayram günlərində təcili tibbi yardıma 14 mindən çox müraciət olub
05 yanvar 2023 12:07 (UTC +04:00)

Bayram günlərində təcili tibbi yardıma 14 mindən çox müraciət olub

Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, 103 Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

Təcili tibbi yardım xidmətinə 31.12.2022-04.01.2023-cü illər ərzində ümumi çağırışların sayı 14 059, hospital olunanların sayı isə 1 307 olub.

Çağırışları sayı ən çox 01.01.2023-cü il (çağırış sayı 2 867, hospital olunanların sayı 284 olmaqla) və 03.01.2023-cü il (çağırış sayı 2 951, hospital olunanların sayı 285 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947
avatar

Oxşar yazılar