Bayram günlərində bölgələrdə gözlənilən HAVA ŞƏRAİTİ
19 mart 2022 15:51 (UTC +04:00)

Bayram günlərində bölgələrdə gözlənilən HAVA ŞƏRAİTİ

Bölgələrdə bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a  verilən xəbərə görə, martın 20-də Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq, Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Martın 21-22-də əsasən yağmursuz olacaq, lakin 21-i axşamdan 22-si səhərədək arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15-17 m/s. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında martın 20-də Arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Martın 21-22-də arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında martın 20-də arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, dağlarda 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Martın 21-22-də arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, dağlarda 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında martın 20-də arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq.

Martın 21-22-də arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında martın 20-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Martın 21-22-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında martın 20-də arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.

Martın 21-22-də arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında martın 20-də arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şimal-şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 3-5° şaxta, gündüz 0-3° şaxta olacaq.
Martın 21-22-də arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15-17 m/s. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti, dağlarda gecə 4-6° şaxta, gündüz 1-3° şaxta olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3063

Oxşar yazılar

Bakının bu rayonuna  prokuror   təyin edildi

Bakının bu rayonuna prokuror təyin edildi

19 iyun 2025 , 17:17
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

19 iyun 2025 , 16:24
Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR

Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR

19 iyun 2025 , 12:46
35 dərəcə isti  olacaq - Sabahın havası

35 dərəcə isti olacaq - Sabahın havası

19 iyun 2025 , 12:27
Tələbələrin kirayə mənzil KABUSU:  Evlər bu ayda daha ucuz olacaq

Tələbələrin kirayə mənzil KABUSU: Evlər bu ayda daha ucuz olacaq

19 iyun 2025 , 10:56
Müəllimlərin maaşı artıb

Müəllimlərin maaşı artıb

19 iyun 2025 , 10:47
Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

19 iyun 2025 , 10:38
Azərbaycanın itkin-şəhidi  dəfn olunacaq

Azərbaycanın itkin-şəhidi dəfn olunacaq

19 iyun 2025 , 09:45