Baş Prokurorluq Konstitusiya Məhkəməsinə 18 sorğu verib - Heydər Məmmədov
04 iyul 2023 11:43 (UTC +04:00)

Baş Prokurorluq Konstitusiya Məhkəməsinə 18 sorğu verib - Heydər Məmmədov

"2020-ci ildən etibarən Baş prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə verilən sorğuların sayı açıqlanıb".

Lent.az-ın xəbərinə görə, bu sözləri Baş prokurorun müavini Heydər Məmmədov Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanununvericiliyin inkişafı” mövzusunda keçirilmiş beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, Baş prokurorluq tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə 2020-ci ildən etibarən 18 sorğunun, habelə Konstitusiya Məhkəməsinin müraciəti üzrə 25 rəyin verilməsi təmin edilməklə Konstitusiya məhkəmə icraatında iştirak edilib.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə göndərilən sorğulardan 13-ü cinayət və cinayət-prosessual qanunvericiliyi, 1-i məhkəmələr haqqında, 1-i yol hərəkəti və inzibati xətalar üzrə, 1-i icbari sığorta üzrə, 1-i mülki prosessual, 1-i isə əmək qanunvericiliyi ilə əlaqədar olub.

Sorğulardan 14-ü üzrə Konstitusiya Məhkəməsinin Plenumunun qərarları dərc edilməklə qüvvəyə mindiyini vurğulayan Heydər Məmmədov qeyd edib ki, sorğulardan 1-i üzrə Plenumun qərardadına əsasən göstərilən hüquqi mövqelər nəzərə alınmaqla sorğu üzrə ayrıca qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam verilib, 3-i hazırda icraatdadır, sonuncusu 25 iyun tarixdə göndərilib.  

Nəzərə çatdırılıb ki, verilmiş sorğular üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən verilmiş 14 qərardan 3-ü üzrə qaldırılan məsələlərin tənzimlənməsi və qanunvericiliyə dəyişikliklər edilməsi üçün Milli Məclisə tövsiyələr, qalan qərarlar üzrə isə müvafiq şərhlər verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2742
avatar

Oxşar yazılar