Baş prokuror Şabranda vətəndaşları qəbul edəcək
28 avqust 2023 11:03 (UTC +04:00)

Baş prokuror Şabranda vətəndaşları qəbul edəcək

Sentyabrın 1-də Baş prokuror Şabranda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il sentyabrın 1-də, saat 10:00-da Şabran rayon prokurorluğunun inzibati binasında Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şabran rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1866
avatar

Oxşar yazılar