Bakının əsas yollarında  hərəkət məhdudlaşır - SİYAHI
13 iyun 2025 17:02 (UTC +04:00)

Bakının əsas yollarında hərəkət məhdudlaşır - SİYAHI

İyunun 14-dən 16-dək Bakıda bir sıra yollarda təmiri işləri aparılacaq.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Təmir gedəcək yollar aşağıdakılardır:

1. Səbail rayonu – Badamdar şosesi;

2.Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi;

3. Nərimanov rayonu – Ziya Bünyadov prospekti

 • Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə

 • Çingizxan mərasim evinin yanı, yan yol;

4. Xətai rayonu – Babək prospekti

 • 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı;

5. Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi

 • H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək;

6. Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi.

Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar