Bakının bu qəsəbəsi işıqsız qalacaq
10 iyul 2025 09:41 (UTC +04:00)

Bakının bu qəsəbəsi işıqsız qalacaq

Şüvəlan qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsinin bəzi yerlərində 10 iyul tarixində elektrik naqilləri yenilənəcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək qəsəbənin Nizami və İlqar Muradov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822

Oxşar yazılar