Azərbaycanda faktiki hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki,
mayın 2-si saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli yağış müşahidə olunur.
Quba, Xaltan, Qrız, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb.
Mayın 3-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.
Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.