Bakının bu əraziləri toza bürünüb -  RƏSMİ
21 aprel 2021 16:42 (UTC +04:00)

Bakının bu əraziləri toza bürünüb - RƏSMİ

Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinqlər keçirilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, qurumun əməkdaşları atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə aprelin 21-də Bakı şəhərinin müxtəlif ərazilərində monitorinqlər keçirib, havada tozun miqdarı üzrə ölçmələr aparıblar..

Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib ki, monitorinqlər zamanı Nərimanov parkı ərazisində havada tozun miqdarı 1.3, Heydər Əliyev prospektində 1.1, Koroğlu metro stansiyası yaxınlığında 1.4, Neftayırma zavodunun ətrafında 1.1, 8 noyabr prospektində 1.4, Xətai rayonunda isə 1.5 dəfə normadan yüksək müəyyən edilib.

“Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən Bakı şəhəri Heydər Əliyev, Babək, Qara Qarayev prospektləri, Bayıl yamacı ərazisi və Sumqayıt şəhərində havada  azot 4-oksid, azot 2-oksid, kükürd və dəm qazı, hidrogen sulfid kimi qaz birləşmələri norma daxilində qeydə alınıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

Nigar Adil

Oxşar yazılar