Bu gün Bakı və Abşeron yarımadasında toz dumanı davam edir.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, avtomatik stansiyalardan iyunun 23-ü saat 17:00-a daxil olan məlumata əsasən, Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5.1 dəfə yüksək qeydə alınıb.