Bakıda ödəmə terminalları niyə tapılmır? - CAVAB
27 oktyabr 2022 16:49 (UTC +04:00)

Bakıda ödəmə terminalları niyə tapılmır? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu paytaxtın bəzi ərazilərində “BakıKart'' terminalının mövcud olmaması ilə bağlıdır.

Bakının bəzi ərazilərində “BakıKart” ödəmə terminalı yerləşdirilməyib. İnsanlar dayanacaqlarda kartların balansını artıra bilmirlər. "BakıKart" ödəmə terminalının olmadığı həmin ərazilərin yaxınlığında isə metro stansiyaları da yoxdur.

Maraqlıdır, paytaxtın bəzi ərazilərində “BakıKart'' terminalının olmamasının əsas səbəbi nədir?

Lent.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, 2021-ci ilin sentyabrdan başlayaraq sərnişinlərin ''BakıKart''ın balansını daha rahat artıra bilməsi üçün müasir texnologiyalara əsaslanan yeni əlavə imkanlar yaradılıb. 

Onun sözlərinə görə, əvvəllər sərnişinlərin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 “MilliÖn” və 50 ədəd ''BakıKart'' terminalı mövcud idi:

“Tətbiq edilən yenilik sayəsində hazırda bütün “MilliÖn” terminalları “BakıKart” ödənişlərini qəbul edir. Birdən-birə sərnişinlərimizin ödəniş etmə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb, genişlənib. 

Sərnişinlər ''MilliÖn'' terminalları vasitəsilə etdikləri digər ödənişlər kimi “BakıKart” balansını da artıa bilərlər. Nəzərə alsaq ki Bakı şəhərinin inzibati ərazisində 1400 ədəddən çox ''MilliÖn'' var bu artıq sərnişinlərimiz üçün çox böyük rahatlıq deməkdir. Ona görə bir daha sərnişinlərimizə müraciət edərək bildirmək istərdim ki, “BakıKart”ın balansını artırmaq üçün hər hansısa avtobus dayanacaq məntəqəsində aparat axtarmağa zərurət yoxdur. Bütün digər ödənişlər kimi bunu marketlərdə, iaşə obyektlərində olan ''MilliÖn'' terminalları ilə edə bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3386

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04