Bakıda metrostansiya çökür? -  VİDEO
23 avqust 2021 14:11 (UTC +04:00)

Bakıda metrostansiya çökür? - VİDEO

Bir neçə gün öncə çəkiliş apardığımız Binəqədi rayonu 8-ci mikrorayon ərazisindəki Azadlıq Prospekti metrostansiyanın giriş-çıxışı olan parkın daha bir problemi ilə rastlaşdıq.

APA TV-nin məlumatına görə, həmin parkın orta hissəsində çökmələr və torpaq sürüşmələri müşahidə olunur.

Parkda apardığımız çəkiliş zamanı, pilləkənlərin orta hissəsindəki piltələrin bir xətt boyunca çatladığını, eyni zamanda parkdakı pilləkənlərin bəzilərinin isə sağ tərəfinin çökdüyünü müşahidə etdik.

Ərazidə fəaliyyət göstərən obyektlərdə çalışanlarla şifahi söhbətimiz zamanı bildirdilər ki, qatarların keçdiyi anda yer həddindən artıq titrəyir.

Məsələ ilə bağlı üz tutduq Bakı Şəhər İcra hakimiyyətinə. Qurumdan bildirdilər ki, sözü gedən ərazi onların balansında yox, Bakı Metropolitenin ərazisinə aiddir. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, metrostansiyalar tikilən zaman yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunduğu üçün narahatlığa heç bir əsas yoxdur: ”Ərazilər və torpaq sahələri, yalnız inşaat müddəti dövründə müvəqqəti olaraq Bakı Metropoliteni üçün ayrılır. İnşaat işləri yekunlaşdıqdan sonra isə həmin ərazilər Bakı Şəhər İcra hakimiyyətinin balansına verilir. Metrostansiyaların ümumən yeraltı obyektlərin inşa olunduğu ərazilərdə, zamanla çökmələrin olması mümkündür, bəzən hətta labüddür. Bu qatarların hərəkətindən irəli gələn dinamik hərəkətin təsirindəndir”.

Bəxtiyar Məmmədovun sözlərinə görə, Azadlıq Prospekti metrostansiyasında yaxınlıqda aparılan tikinti işləri, metrostansiyaya heç bir zərər verə bilməz.

Qeyd edək ki, çəkiliş zamanı Binəqədi rayon bələdiyyəsinin parkın çökən və yararsız vəziyyətdə olan yuxarı hissəsində təmir-bərpa işləri aparılmasının da şahidi olduq.

Bakıda metrostansiya çökür?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12210
avatar

Oxşar yazılar