Bakıda külək güclənib - FAKTİKİ HAVA
05 sentyabr 2024 09:31 (UTC +04:00)

Bakıda külək güclənib - FAKTİKİ HAVA

Sentyabrın 5-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 5-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Əvvəlcədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Culfada 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR -da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516
avatar

Oxşar yazılar