“Təmiz Şəhər” ASC və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Tap qaytar” adlı yeni layihəyə başlayır.
Bakı şəhər DYPİ-dən Lent.az -a verilən xəbərə görə, layihənin təqdimat mərasimi sentyabrın 14-də saat 11:00-da Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda keçiriləcək.
Əvvəlcə zavodun fəaliyyəti ilə tanış olmaq üçün mediatur təşkil olunacaq və tullantıların içərisindən tapılan sürücülərə aid sənədlər, eləcə də 50-dən çox avtomobil dövlət nömrə nişanları Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təqdim ediləcək.