İçməli suyun verilməsində məhdudiyyət yaranacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərləri, Hacıqabul rayonun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.