Bakıda 25 min sürücü buna görə CƏZALANDI
16 dekabr 2022 13:12 (UTC +04:00)

Bakıda 25 min sürücü buna görə CƏZALANDI

Yol polisi avtobus dayanacaqlarında qanunsuz park edən sürücülərə müraciət edib.

Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. Onun sözlərinə görə, qeyd olunan yerlərdə park edən avtomobil sahibləri barəsində texniki vasitələrlə protokol tərtib olunur:

“Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini eləcə də, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin yolun hərəkət hissəsində təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərdən avtobus dayanacaqları və ona yaxın 15 metirlik ərazidə dayanma-durma tələblərinə ciddi şəkildə riayət etməyi xahiş edirik. Əks təqdirdə hər bir sürücü bilməlidir ki, bu əməl İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 , 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutur. Qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur. Bakı şəhəri üzrə avtobus dayanacaqlarında 2022-ci il ərzidə 25.000-dən çox qayda pozuntusu aşkar edilib. Hər bir hərəkət iştirakçısından yollarda digər sürücülərə qarşı münasibətdə, həmçinin avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmağı, inzibati məsuliyyət yaradan hallardan çəkinməyi və nəticədə paytaxt yollarında nəqliyyat axının düzgün formada idarə olunmasına süni sıxlıqların olmaması üçün anlayışlı münasibət göstərməyi xahiş edirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2739
avatar

Oxşar yazılar