Bakı Xocalı faciəsinin   ildönümünə hazırlaşır - REPORTAJ
24 fevral 2023 16:58 (UTC +04:00)

Bakı Xocalı faciəsinin ildönümünə hazırlaşır - REPORTAJ

26 fevral -  bu tarix tək Azərbaycanın deyil, eləcə də dünya tarixinə qanlı hərflərlə yazılıb. 

Bu gün həmin o qanlı faciədən nə çox, nə az düz 31 il keçir.

Hər il olduğu kimi bu il də Xocalı faciəsi ilə əlaqədar Xətai rayonundakı "Ana harayı" abidəsinin yerləşdiyi parkda hazırlıq işləri görülür.

Lent.az-ın əməkdaşı sözügedən hazırlıqları müşahidə etmək üçün "Ana harayı" abidəsinin yerləşdiyi həmin parka yollanıb.

Park demək olar ki, başdan ayağa çiçəklərlə bəzədilib. Parkın ərazisinin yaşıl örtüyü yenilənir, abadlıq və təmizlik işləri görülür. 

Park ərazisində hazırlıqlar davam etsə də artıq insanlar əlində qərənfillə buranı ziyarət etməyə başlayıblar. Havanın soyuq olmasına baxmayaraq, “Ana harayı” abidəsini ziyarət edənlər arasında məktəblilər daha çoxdur.

Uşaqlar burada abidə önünə çiçəklər düzür, Xocalı hadisələrinə həsr edilmiş şeirlər söyləyirlər. Yaxınlaşıb balacalarla bir qədər həmsöhbət olduq.

5-ci sinif şagirdi Cavid Həsənov sinifdə müəllimlərinin mütəmadi olaraq onlara Xocalı faciəsi ilə bağlı məlumat verdiyini deyib:

“Xocalı faciəsi bizim qan yaddaşımızdır. Həmin gecə minlərlə insan öldü. Bu gün 31 il keçməsinə baxmayaraq biz bu hadisələri unutmamamışıq”.

5-ci sinif şagirdi Əhməd Quliyev isə bildirir ki, bütün dünyanın bu faciədən xəbərdardır:

“Biz bu faciəni heç vaxt unutmayacağıq. Çünki həmin faciədə Xocalıda minlərlə insan öldü. Allah bütün şəhidlərimizə rəhmət eləsin.” 

4-cü sinif şagirdi Hüseyn Məmmədov bildirib ki, Xocalı bizim ən yaralı yerimizdir:

“Hər ilin bu günü həmin gecə ölən insanların, uşaqların ruhunu yad edirik. Ermənilər həmin gecə insanlarımıza qarşı soyqırım törədiblər. Biz bu soyqırımı heç vaxt unutmayacağıq”.

Məktəblilərin yanından ayrıldıqdan sonra parka nəzər yetirdik. 

Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə, skamyaların rənglənməsi, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılır.

Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənir, səkilər  yuyulur. 

Bu gün bu parkı ziyarət edib bu abidənin tarixini bilməyən azərbaycanlı yoxdur.

Hər il olduğu kimi bu il də Azərbaycan xalqı bu dəhşətli və qanlı faciəni dərin kədər və qürurla yad edir.

Onu qeyd edək ki, hər il olduğu kimi yolboyu divarlara və binaların fasadlarına qanlı faciəni əks etdirən bannerlər vurulacaq. 

Görülən işlərdən kadrları təqdim edirik:

Fotolar: Orxan Kərimov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3462
avatar

Arzu Qurbanlı

Oxşar yazılar