Bu gün və sabah saat 11-də "İçərişəhər" stansiyasında yeni il şousu olacaq.
Bu barədə Lent.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, yeni il şənliyində şaxta baba, qarqız, sehrbaz, kloun, iri oyuncaq, uşaqlara hədiyyələr də təşkil olunacaq. Həmçinin şounun sonunda "dj"li konsert proqramı nəzərdə tutulub.