Oktyabrın 19-dan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanılıb.
Elm və Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, müsahibələrə 775 nəfər dəvət edilib.
28 oktyabr tarixinədək davam edəcək müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.