Bu gün “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bir neçə gün öncə xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki hücumuna məruz qalmış Birliyin əməkdaşı Ağamirzə Vəliyevə baş çəkib.
Lent.az-ın məlumatına görə, zərərçəkmiş əməkdaşın sağlıq durumu və qayğıları ilə yaxından maraqlanıb.
Bildirib ki, əməkdaşlarımıza qarşı olunan bu hal yolverilməzdir. Ruslan Əliyev zərərçəkmiş əməkdaşa tezliklə sağlıq durumunun düzəlməsini və yenidən işinə qayıtmasını arzulayıb.
Sonra baş direktor Birliyin əməkdaşı Ağamirzə Vəliyevi “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif edib.