"Azercell"dən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinə dəstək
13 fevral 2023 18:27 (UTC +04:00)

"Azercell"dən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinə dəstək

Lider mobil operator Türkiyəyə ezam olunmuş FHN əməkdaşlarının balansını təmənnasız şəkildə artırıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və  axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Türkiyəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri fəaliyyətlərini fasiləsiz şəkildə davam etdirirlər. 

Azercell, öz növbəsində, bu ağır zamanda qardaş ölkəyə dəstək olan xilasedicilərin yanındadır. Lider mobil operator bu çətin missiyanın öhdəsindən layiqincə gələn xilasedicilərə öz təşəkkürünü bildirərək  onları kəsintisiz rabitə əlaqəsi ilə təmin edib.  Azercell Türkiyəyə ezam edilən fakturalı və  fakturasız xətt abunəçilərinin balansını təmənnasız şəkildə artırıb. Qeyd edək ki, siyahı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilib və abunəçilərə vəsait artımı barədə SMS göndərilib.

Xatırladaq ki, bir neçə gün öncə Azercell Türkiyənin təbii fəlakət bölgələrində olan bütün abunəçilərinin rouminq balansını təmənnasız şəkildə artırıb.

“Azercell Telekom” MMC  Türkiyədə böyük fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün türk xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2067
avatar

Oxşar yazılar