Azərbaycanın  tanınmış jurnalisti   vəfat etdi
29 aprel 2024 14:31 (UTC +04:00)

Azərbaycanın tanınmış jurnalisti vəfat etdi

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib.

Lent.az-ın xəbərinə görə, Azərbaycanın əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib.

Vasif Səmədov1950-ci il yanvarın 22-də Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra, Ukraynada əsgərlik keçirib.

O, “Azərbaycan pioneri”, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, “Azərbaycan gəncləri”, “Kommunist”, “İzvestiya”, “Possiyski fermer”, “Oqonyok” və “Literaturnaya qazeta” kimi məşhur mətbuat orqanlarında çalışıb. Vasif Səmədov “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri olub. O, “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və baş direktoru olub.

Yazıçı-publisistin həmmüəllif olduğu “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyi araşdırmalar, aparılan tədqiqatlar nəticəsində ərsəyə gələn mühüm mənbədir.

Vasif Səmədovun adı Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabına daxil edilib.

Allah rəhmət eləsin!

# 4140
avatar

Oxşar yazılar

Cavanşir körpüsü hazırda - FOTO

Cavanşir körpüsü hazırda - FOTO

21 may 2024 , 10:02
Rayonlara leysan yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

Rayonlara leysan yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

21 may 2024 , 09:16
TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45