Azərbaycan Milli Qəhrəmanı Maşallah Abdullayev dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Milli Azadlıq Hərəkatının fəallarından olan Maşallah Abdullayev sabiq millət vəkilidir. 1992-ci ildə Goranboy batalyonun komandiri kimi rayonun müdafiəsində və Ağdərənin erməni işğalından azad edilməsində şücaət göstərib. O, 1992-1993-cü illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olub.
Allah rəhmət eləsin!