Azərbaycanın gənc "PUA"çıları  qalib oldu
15 iyul 2024 11:20 (UTC +04:00)

Azərbaycanın gənc "PUA"çıları qalib oldu

Bakı Mühəndislik Universitetinin tələbələri və ekspertlərindən ibarət layihə komandası universitetlər üzrə "Beynəlxalq Pilotuz Uçuş Aparatları" kateqoriyası üzrə Teknofest müsabiqəsində iştirak edirlər. 

Lent.az xəbər verir ki, layihə komandası müsabiqənin ilkin mərhələsində 80.5 xal (100) toplayıb və Azərbaycan üzrə birinciliklə yekunlaşıb.

Hal-hazırda müsabiqənin ikinci mərhələsində mübarizə gedir və komanda nəticədən asılı olaraq Türkiyənin Adana şəhərində təşkil olunacaq yekun mərhələdə iştirak edəcək.

Layihə komandasının tərkibi aşağıkı kimidir:

Mentor-Rüstəm Kələntərov, Kapitan-Nadir Daşdiyev, Tədqiqatçı - Nurtac Mirili, Elektronika - Rəşad Əliyev, Proqramçı - Nihad Məhərrəmov, Mexanik - Məhəmməd Yusubov

Strateji Elmi Tədqiqatlar Mərkəzi layihənin elmi inkişafı və mühəndislik işləri üzrə inkişafına dəstək olur və mentorluq, emalatxana dəstəyi verir.

Onu da qeyd etmək istərdik ki, layihə ilkin hazırlıq müddətində də müxtəlif müsabiqələrdə iştirak etmiş, Azərbaycan - Türkiyə Elm və İnnovasiya Ekosisteminin ekspertləri tərəfindən müsbət rəy alıb.

Komandanın mütəşəkkil fəaliyyətinin təşkili və uğur qazanmasında Bakı Mühəndislər Universitetinin rektoru Yaqub Piriyevin, Starteji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) direktoru Samir Süleymanovun və SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi, əməkdar mühəndis Fətəli Abdullayevin böyük dəstəyi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2541
avatar

Oxşar yazılar