Ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksəklidə yerləşən ərazilərdə qeydə alınıb.
Lent.az-ın məlumatına görə, Xınalıq kənd sakinləri APA-ya bildirib ki, yaşayış məntəqəsində qarın hündürlüyü 2-3 santimetrə çatır.
Temperatur ötən günlərə nisbətən aşağı enib.