Lerik rayonunda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən xəbərə görə, zəlzələ dekabrın 12- də yerli vaxtla saat 15:28-də Lənkəran stansiyasından 14 kilometr qərbdə, Lerik rayonunda qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.6, dərinliyi isə 27 km olub. Zəlzələ 3 bala qədər hiss olunub.