Gəncədə 15 yaşlı qızı hamilə qoyan 62 yaşlı kişi TUTULDU  - YENİLƏNİB
11 mart 2022 18:10 (UTC +04:00)

Gəncədə 15 yaşlı qızı hamilə qoyan 62 yaşlı kişi TUTULDU - YENİLƏNİB

Gəncədə yeniyetmə qızı hamilə qoyan 62 yaşlı kişi saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab  olaraq bildirilib ki, yaşadığı evdə R.A-nın cinsi zorakılığa məruz qalması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə 1960-cı il təvəllüdlü Ə.A şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

***

10:39

Gəncə şəhərində zorlanaraq hamilə qalan qızla bağlı yeni təfərrüat məlum olub.  

Lent.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb. 

Artıq hadisə ilə bağlı tibbi-ekspertizanın da qərarı açıqlanıb. Qərara əsasən, yeniyetmə qız 7 aylıq hamilədir. Ekspertiza zamanı ortaya maraqlı detal çıxıb. Məlum olub ki, qız hamilə olsa da onun bakirəliyi pozulmayıb. Buna görə də ekspertizanın cavabı yubanıb. 

Lent.az Oxu.az-a istinadən xəbər verir ki, sağlamlıq imkanları məhdud qız övladının dünyaya gəlməsini istəmir. Bunu zərərçəkmiş R.A. bildirib. 

Onun sözlərinə görə, hadisə ötən ilin avqust ayının əvvəlində anası ilə bacısı göz həkimində olarkən baş verib:

“Mən də evdə tək idim. Küçəyə su almağa çıxmışdım. Qayıdanda qonşu, 62 yaşlı Rəşidin məni izlədiyini hiss etdim. Evə çatanda o, ardımca girdi, qolumdan tutub, döydü və zorladı”.

Qız deyir ki, o, hamilə olduğunu aylar sonra bilib:

“Həkim mənə və anama öd kisəmdə problem olduğunu dedi. Yanvar ayında hamilə olduğumu bildik və polisə məlumat verdik. Gəncədəki ekspertizadan sonra yeni rəyin alınması üçün Bakıdakı həkimlərə müraciət olundu. Amma ekspertizanın rəyi hələ də, gəlməyib. Artıq yeddi aylıq hamiləyəm və uşağı istəmirəm. Hamiləliyin sonlandırılması üçün həkimlərə verəcək pulumuz yoxdur”.

 

***

10:19

Azərbaycanda 15 yaşlı qıza təcavüz olunub. 

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Belə ki, Gəncə şəhərində 62 yaşlı kişinin 15 yaşlı qıza təcavüz etdiyi deyilir. Məlumata görə, qız S.M (ad şərti) qonşuları K. M-dan (ad şərti) 7 aylıq hamilədir. 

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, hazırda iş üzrə araşdırılma aparılır:

“Məsələ ilə bağlı şikayət təmin olunub. Hazırda iş prokurorluqdadır. Faktla bağlı araşdırma aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14301
avatar

Aytəkin Cəlali

Oxşar yazılar