Martın 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24,446 nəfər peyvənd olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahda Lent.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 518,879 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Peyvəndləmə respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.