Azərbaycanda Od çərşənbəsi qeyd olunur-FOTO
01 mart 2022 21:31 (UTC +04:00)

Azərbaycanda Od çərşənbəsi qeyd olunur-FOTO

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Lent.az xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.

Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar.

Bu çərşənbə də paytaxt Bakının əksər yerlərində çərşənbə coşqu ilə qarşılanıb.

Qeyd edək ki, novruzun ilk xəbərçisi su çərşənbəsi fevralın 22-də qeyd olunub.

Martın 8-i yel, 15-i isə torpaq çərşənbəsi qeyd olunacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

Oxşar yazılar