Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB
08 dekabr 2022 16:02 (UTC +04:00)

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu maska cərimələrinin ləğv olunması ilə bağlıdır. 

Bu il mayın 1-dən ölkədə tibbi maskalardan məcburi istifadə tələbi ləğv edilsə də, amma maska cərimələri qüvvədədir. 

Maraqlıdır, görəsən, maska cərimələri ləğv edilə bilər?

Deputat Kamilə Əliyeva Lent.az-a açıqlamasında bildirib ki, pandemiyanın ən qızğın və şiddətli dövründə Operativ Qərargah tərəfindən maska məcburiyyəti var idi və əhali də bu barədə xəbərdar idi. 

Onun sözlərinə görə, maska cərimələri pandemiyanın elə bir dövrünə təsadüf edirdi ki, gün ərzində koronavirusa yoluxanların sayı demək olar 4 minə qədər çatmışdı:

“Hazırda cərimələrin ləğv olunması ilə əlaqədar heç bir qərar yoxdur. Bu cərimələr hələ də qüvvədədir. İnsanlar cərimələri ödəməlidirlər. Maska cərimələrinin ləğv olunması ilə bağlı öncədən heç nə deyə bilmərəm. Gələcəkdə də həmin cərimələrin ləğv edilib-edilməməsi ilə bağlı nə isə demək düzgün olmaz”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3762
avatar

Arzu Qurbanlı

Oxşar yazılar