Azərbaycanda koronavirusla bağlı  SON STATİSTİKA
15 aprel 2022 16:36 (UTC +04:00)

Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən xəbərə görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 335 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 467 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib, aktiv xəstə sayı 163 nəfərdir.

Ölkədə son sutka ərzində 3 613, hazırkı dövrədək isə 6 762 824 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2373
avatar

Oxşar yazılar