Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 540 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 100 nəfər müalicə olunaraq sağalıb, 10 257 nəfər vəfat edib, aktiv xəstə sayı 183 nəfərdir.
Ölkədə son sutka ərzində 1 181, hazırkı dövrədək isə 7 596 487 test aparılıb.