Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793 010 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 164 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə sayı 130 nəfərdir.
Ölkədə son sutka ərzində 2 312, hazırkı dövrədək isə 6 938 655 test aparılıb.