"Azərbaycanda bu ilin ilk dünyaya gələn körpələri yarımçıq doğulduğu üçün küvezdə saxlanılır".
Bunu APA-ya Gəncə şəhər Regional Perinatal Mərkəzinin həkimi Gülşən Qədimova deyib.
Həkim qeyd edib ki, bu ilin ilk dünyaya gələn əkiz körpələrini Bərdə rayon Qarağacı kənd sakini Kərimova Gültəkin Tofiq qızı dünyaya gətirib:
“33 həftəlik hamiləlik sonunda anaya təcili qeysərliyə əməliyyatı olunub. Hər iki uşağın cinsi oğlandır. Uşağın biri 1 kiloqram 900 qram, digəri 1 kiloqram 600 qram çəki ilə dünyaya gəlib. Uşaqlar yarımçıq doğulduğu üçün küvezdə saxlanılır. Oksigen dəstəyi alırlar, vəziyyətləri orta-ağır dəyərləndirilir. Uşaqlar saat 02:00-da dünyaya gəlib".
***
Saat 12:07
İlin ilk körpəsi oğlandır.
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən Lent.az-a verilən məlumata görə, ilin ilk körpəsi oğlandır. Gəncə Perinatal Mərkəzində dünyaya gələn körpələr əkizdir (ana Bərdə rayon Qarağacı kəndi).
Körpələrin çəkisi 1 kq 900 qram və 1 kq 600 qramdır.