Azərbaycanda havalar nə zaman sərinləyəcək?
23 iyul 2025 18:00 (UTC +04:00)

Azərbaycanda havalar nə zaman sərinləyəcək?

"Çoxillik müşahidə məlumatlarına əsasən 2020, 2021-ci illərin iyun ayları,  2018,  2023-cü illərin iyul ayları,  2021, 2023-cü illərin avqust aylarında da ölkə ərazisində isti hava şəraiti müşahidə edilib".

Bu sözləri Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, respublika ərazisində müşahidə olunan isti hava şəraitinə səbəb  isə cənub-şərq küləklərinin üstünlüyü, eyni zamanda daxil olan isti hava dalğalarının təsiridir. 

“İyulun 24-25-də Bakıda və Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir. Bu da  havada nisbi rütubətin  bir qədər azalmasına səbəb olacaq və istinin təsirini nisbətən mülayimləşdirəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4650

Oxşar yazılar