“Strateq.az” saytı martın 10-dan fəaliyyət göstərməyəcək.
Lent.az xəbər verir ki, bu barədə saytın təsisçisi və baş redaktoru Elxan Şükürlü özünün “Facebook” hesabında məlumat paylaşıb.
O, müəyyən müddətdən sonra sayt fəaliyyətini bərpa etsə də, baş redaktor olmayacağını vurğulayıb.