Azərbaycanda bu çap medialarının nəşri qadağan olundu
01 avqust 2025 13:38 (UTC +04:00)

Azərbaycanda bu çap medialarının nəşri qadağan olundu

Çap mediası subyekti Media Reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap mediası məhsulunun özü, yaxud nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımı qadağan edilib.

Lent.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, çap mediası məhsulunun yayımının dayandırılmasına, onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yalnız məhkəmə qərarı ilə yol verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738

Oxşar yazılar