Azərbaycanda  abortlarla bağlı   DƏHŞƏTLİ STATİSTİKA
15 dekabr 2022 14:13 (UTC +04:00)

Azərbaycanda abortlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA

2021-ci ildə ölkədə 2020-ci illə müqayisədə abortların sayı 34719-dan 46877-dək artıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, 30-34 yaş qruplarında abortların sayı çoxluq təşkil edir. 15-19 yaş qrupunda abortların sayı ötən illə müqayisədə təqribən iki dəfəyədək artıb.

Mövcud statistik göstəricilər hamiləliyin süni pozulma səbəblərinin müəyyən edilməsinə imkan vermir. Bu istiqamətdə tədqiqatların aparılmasına ehtiyac var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2676
avatar

Oxşar yazılar