Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndlənən uşaqların sayı açıqlanıb.
Lent.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib ki, bu günə qədər 538 uşaq vaksin olunub.
O qeyd edib ki, uşaqlara “Pfizer” peyvəndi vurulub.