Azərbaycana  20 santimetr   qar yağdı -  FAKTİKİ HAVA
23 dekabr 2021 11:41 (UTC +04:00)

Azərbaycana 20 santimetr qar yağdı - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki,  soyuq hava kütlələrinin ölkə ərazisinə şərqdən daxil olduğuna görə intensiv və güclü yağıntılar səhər saat 11:00-a olan məlumata görə, Quba-Qusar bölgəsində qeydə alınıb. Düşən yağıntının miqdarı Qusarda 31.0 mm (aylıq normanın 86 %-i) olub. Bakıda və Abşeron yarımadasında sulu qar müşahidə edilib.

Qubada 8.0 mm, Xaçmaz, Neftçalada 7.0 mm, Astara, Lerikdə 5.0 mm, Şabranda 4.0 mm, Altıağacda 3.0 mm, Yardımlı, Qrızda 2.0 mm, Lənkəran, Sarıbaş (Qax), Biləsuvar, Salyan, Cəfərxan, Sabirabad, Şamaxı, Qobustan, Göytəpə, Xaltanda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Pirallahıda 5.0 mm, Bakı, Maştağada 4.0 mnm, Binədə 3.0 mm, Sumqayıtda 2.0 mm, Neft Daşları, Çilov adasında 1.0 mm-dək olub.

Qar örtüyüyün hündürlüyü: Qrız-Qudyalçayda 20 sm, Daşkəsəndə 15 sm, Xınalıqda 15 sm, Qrızda 14 sm, Göygöldə 13 sm, Quba, Qusar, Xaltanda 10 sm, Ağdərə (Ordubad), Sarıbaşda (Qax) 8 sm, Altıağacda 6 sm, Şabranda 3.0 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Tərtərdə 20 m/s, Gədəbəy, Naftalan, Ağdam, Şəki, Şamaxıda 18 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 0-2° isti, aran rayonlarında 1° şaxtadan 2°-dək isti, dağlıq rayonlarda 7-10° şaxta, yüksək dağlıq ərazilərdə 17°-dək şaxta, Naxçıvan MR-da 2-8° şaxta olub.


Qeyd: Ölkə ərazisində müşahidə olunan soyuq, yağıntılı hava şəraiti dekabrın 25-dək davam edəcək. Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Faktiki hava

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2535
avatar

Oxşar yazılar