Azərbaycan yanğınsöndürənləri Türkiyəyə yola düşdü - FOTO
30 iyul 2021 18:53 (UTC +04:00)

Azərbaycan yanğınsöndürənləri Türkiyəyə yola düşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri Türkiyə Respublikasına yola düşüb.

Lent.azın xəbərinə görə, FHN-in Dövlət Yanğın Mühafizə Xidmətinin 100 əməkdaşı Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Dalaman vilayətinə yola salınıb.

# 1845
avatar

Oxşar yazılar