Azərbaycandan Türkiyəyə köməyə gedən 100-dən çox könüllü gənc artıq Kahramanmaraşa çatıblar.
Lent.az-ın məlumatına görə, APA-nın zəlzələ bölgəsində olan müxbiri Tural Əsədi xəbər verir ki, könüllülər burada, humanitar yardım, logistika və digər lazımi məsələlərdə yardım edəcəklər.
Onların orada qalma müddətləri ehtiyac olana qədərdir.
***
17:55
Azərbaycanın könüllü gəncləri Türkiyədə baş verən və çoxsaylı insan tələfatına səbəb olan zəlzələdən zərər çəkənlərə yardım məqsədilə qardaş ölkəyə yollanıblar.
Lent.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Türkiyəyə yollanan gənclərimiz artıq Kahramanmaraşdadılar.