Asiya qitəsinin əksər ərazisində rekord yüksək temperatur qeydə alınıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, klimatoloq Maksimilian Herrera baş verənləri region tarixində ən güclü aprel istisi adlandırıb.
Bu dövr üçün bir neçə ölkədə həddindən artıq isti temperatur qeydə alınıb. Belə ki, Laosda termometrlər 42,7 dərəcəyə selsiyə, Tailandın əyalətlərindən birində isə 44,6 dərəcəyə qədər yüksəlib. Banqladeşin paytaxtı Dəkkədə də havanın temperaturu 40 dərəcəni keçib. Oxşar rekordlar Hindistanın şimal və şərqindəki altı şəhərdə də qeydə alınıb.
Hindistanın bəzi bölgələrində anomal hava şəraiti nəticəsində məktəblər bağlanıb, 13 nəfər ölüb, səkkiz nəfər isə həkimə müraciət etmək məcburiyyətində qalıb. Tailandda səhiyyə idarəsi küçədə işləyənlərə xəbərdarlıq edib.