Aşıq Şəmşirin oğlu VƏFAT ETDİ
30 dekabr 2021 10:37 (UTC +04:00)

Aşıq Şəmşirin oğlu VƏFAT ETDİ

Aşıq Şəmşirin oğlu Qənbər Şəmşiroğlu vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Qurbanov Qənbər Şəmşir oğlu (Qənbər Şəmşiroğlu) 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. O, bu gün, 88 yaşında dünyasını dəyişib. 

Qənbər Qurbanov Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Q.Qurbanov Kəlbəcər rayonun keçmiş icra başçısı olub.

Qeyd edək ki, Qənbər Şəmşiroğlu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun atasıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4776
avatar

Aytəkin Cəlali

Oxşar yazılar