Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçildi
28 iyun 2025 16:21 (UTC +04:00)

Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçildi

Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib.

Lent.az-ın məlumatına görə, bu barədə Anar Ələkbərov sosial şəbəkədə yazıb.

O, göstərilən etimada görə Beynəlxalq Avtomobil Federasiyasına təşəkkür edib.

" Bu, mənim üçün böyük şərəf və məsuliyyətdir. Avtomobil idmanının inkişafı və yol hərəkəti təhlükəsizliyi naminə səylərimizi əsirgəməyəcəyik" deyə, Ələkbərov yazıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi  Anar Ələkbərov 2014-cü ildən Azərbaycan Avtomobil Federasiyasının prezidentidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar