Almaniyadan 43 azərbaycanlı deportasiya edildi
26 noyabr 2021 10:44 (UTC +04:00)

Almaniyadan 43 azərbaycanlı deportasiya edildi

Noyabrın 25-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş” çərçivəsində 43 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.

Lent.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov deyib.

O qeyd edib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

 

# 4689
avatar

Aytəkin Cəlali

Oxşar yazılar