Tural Səfərov
12 iyul 2021 13:09 (UTC +04:00)

Tural Səfərov

"Açıq-saçıq geyinənləri zorlayın" deyən REJİSSORDUR - YENİLƏNİB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkədə kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edən “Pantural” kimi tanınan Tural Səfərovla bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb.

Bu barədə Lent.az-a komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib. O bildirib ki, bu cür çağırışlar yolverilməzdir:

“Çünki bu cür çağırışlar cəmiyyətdə nifrət nitqini inkişaf etdirir. Zorakılığa çağırış edənlər İnzibati Xətalar Məcəlləsinə, ağır fəsadlar olduqda Cinayət Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb edilə bilərlər. Qadınlara qarşı zorakılığa çağırış birbaşa insan hüquqlarının, milli qanunvericiliyin pozulmasıdır”.

E.Səfərov əlavə edib ki, baş verən hadisə qınanılır:

“Ümid edirik ki, yaxın günlərdə faktla bağlı tədbir görüləcək”.

***

11:35

Sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən Tural Səfərov izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış etməsi müzakirələrə səbəb olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a bildirib ki, artıq özünü “Pantural” kimi təqdim edən şəxsin ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış etməsi ilə bağlı araşdırmalara başlanılıb:

“Araşdırma nəticəsindən asılı olaraq, sözügedən şəxs barəsində müvafiq qaydada qərar qəbul olunacaq”.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov isə saytımıza açıqlamasında bildirib ki, mövzu ilə bağlı quruma çoxsaylı müraciətlər daxil olub:

“Bununla bağlı hazırda araşdırma aparılır. Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

Əlavə edək ki, müzakirələrə səbəb olan video ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova təkliflə çıxış edib:

“Sosial şəbəkə vasitəsilə qadınlara qarşı zorakılığı təbliğ edən şəxslərin məsuliyyətə cəlb edilməsi, o cümlədən iqtisadi cəzaların tətbiqini təklif edirəm.

Hesab edirəm ki, cinsindən asılı olmayaraq, zorakılığı təbliğ edən və onu dəstəkləyən şəxslərə qarşı böyük həcmdə cərimələr müəyyən edilməlidir”.

Qeyd edək ki, “Pantural” videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyib:

“Sən diskomfort yaşadırsan. Şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz. Başınızı üzmürük, ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”. 

Əlavə edək ki, özünü “Pantural” kimi təqdim edən Tural Səfərov kinorejissordur. O, "KOMA" filminin müəllifidir. 

Tural Səfərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11010
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar