“Açıq qapı”da vacib məqamlar AÇIQLANDI  - VİDEO
04 avqust 2023 17:29 (UTC +04:00)

“Açıq qapı”da vacib məqamlar AÇIQLANDI - VİDEO

Hər həftənin cümə günü keçirilən “Açıq qapı” aksiyasında bu dəfə jurnalistlər önünə Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov və Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev çıxıb.

Lent.az xəbər verir ki, Rövşən Məhyəddinov çıxışında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu  və SOCAR  "Azəriqaz" İB arasında bu həftə imzalanan müqavilənin detalları barədə ətraflı məlumat verib.

Şöbə rəisi “Sayğacların müayinəsi laboratoriyası”nın Azərbaycan Metrologiya İnstitutuna ötürülməsi ilə bağlı olan qərarın Birliklə yanaşı, həm də abonentlərin xeyrinə olacağını qeyd edib. Rövşən Məhyəddinov eyni zamanda bu müqavilənin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi ilə daxil olan şikayətlərin daha da şəffaf araşdırılaraq azalacığını bildirib.

Şikayətlərdən söz düşmüşkən İbrahim Kərbalayev çıxışında Şikayətlərin araşdırılması şöbəsinə cari ilin 7 ayı ərzində daxil olan müraciətlərin sayını açıqlayıb. Qurum rəsmisi bu rəqəmin 6936 olduğunu qeyd edərək ötən ilin anoloji dövrü ilə müqayisədə 296 müraciət az olduğunu bildirib.

Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983
avatar

Sevinc Fərid

Oxşar yazılar