"Abzas Media"nın həbsdəki əməkdaşları təzyiqə məruz qalmayıb -  RƏSMİ AÇIQLAMA
18 noyabr 2024 15:03 (UTC +04:00)

"Abzas Media"nın həbsdəki əməkdaşları təzyiqə məruz qalmayıb - RƏSMİ AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə "Abzas Media"nın hazırda həbsdə olan əməkdaşı Sevinc Abbasovanın təcridxanada təzyiqə məruz qalması barədə onun ailə üzvlərinə istinadən məlumat yayılıb.

Məlumatda, Sevinc Abbadova ilə yanaşı Elnarə Qasımova və Nərgiz Absalamovanın da təcridxanada müəyyən problemlərlə qarşılaşdıqları, həmçinin, vəkillə görüşə bilmədikləri qeyd olunub.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən iddialar həqiqəti əks etdirmir:

"Həbsdə saxlanılan Sevinc Abbasova, Elnarə Qasımova və Nərgiz Absalamava Bakı istintaq təcridxanasında saxlandıqları müddətdə təzyiqlərə, işgəncələrə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmayıb, hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.

Vəkil Aqil Layic görüş üçün iş vaxtının sonunda müraciət etdiyindən həmin gün görüş təqdim edilməmiş, lakin növbəti gün konfidensial şəraitdə hüquqlarını müdafiə etdikləri şəxslərlə görüşməsi təmin olunmuşdur".

Məlumatda o da qeyd edilib ki, qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla təcridxanada saxlanılan hər bir həbs edilmiş şəxs həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququndan istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365
avatar

Oxşar yazılar