"Abzas Media" və "Toplum TV" qrant pulları necə nağdlaşdırıb?  - yeni faktlar üzə çıxdı
20 aprel 2024 12:50 (UTC +04:00)

"Abzas Media" və "Toplum TV" qrant pulları necə nağdlaşdırıb? - yeni faktlar üzə çıxdı

"Abzas Media" və "Toplum TV" işində yeni məlumatlar ortaya çıxıb.

Onların xaricdən qrant olaraq pul vəsaitləri almaları barədə son günlərdə bu istiqamət üzrə daha ilginc detallar məlum olub. 

“Qrant qaçaqmalçılığı” şəbəkəsinin üzvü olmuş, indiyədək adı çox da  hallandırılmamış yeni isimlər dövriyyəyə daxil olub. Məsələn, “Meclis.info” platformasının rəhbəri İmran Əliyevin “qrant qaçaqmalçıları” ilə əlbir fəaliyyətinə  dair faktlar ictimailəşdirilib. Həmçinin, şəbəkə üzvlərinin öz əməllərini qapalı saxlamaq üçün istifadə etdikləri mexanizmlər barədə təsəvvürlər yenilənib. 

“Meclis.info” platformasının rəhbəri İmran Əliyev,  “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı müəyyən edilib ki, onlar maliyyə nəzarətindən yayınmaq üçün xarici ölkələrə məxsuz “adsız bank kartları”ndan da istifadə ediblər. Xaricdən ötürülən vəsaitlərin  bir qismini də bu kartlar vasitəsilə nəqdləşdiriblər. 

Kartlar Gürcüstanın TBC, Böyük Britaniyanın EML və ABŞ-nin  “US Bank Reliakard” banklarına aid olub.

Həmin kartlar vasitəsilə həyata keçirilmiş maliyyə əməliyyatları üzrə qəbzlər də təhqiqat prosesinin gedişində müəyyən edilərək götürülüb. Nəqdləşdirmə qəbzlərindən belə görünür ki, kartlar son ana qədər aktiv olublar. Həmçinin,  kifayət qədər böyük məbləğlərin nəqdləşdirilməsi üçün istifadə ediliblər.  2023-cü ilə aid olan qəbzlərdə böyük məbləğdə vəsaitlərin nəğdləşdirilməsi halı müşahidə edilir. 

Qeydiyyatsız qrantların icra ediməsində Qərb instutlarının marağı var 

Əldə olunan faktlar deməyə əsas verir ki, yerli VCT-lərə qanunsuz qrantların, maliyyə vəsaitlərinin ötürülməsində Qərb institutlarının özlərinin marağı vardır. Maddi şirnikləşdirmələrlə qanunsuzluğa sövq edilən QHT və KİV-lər təsir altına salınır, növbəti mərhələdə daha çirkin proseslər üçün istifadə olunurlar. Gürcüstanda yaşanan proseslər bu baxımdan yaxşı nümunədir. 

Gürcüstanda geniş şəbəkə qura bilmiş Qərb mərkəzləri bu ölkənin vətəndaş cəmiyyəti institutları üzərində ciddi təsir imkanları qazanıblar. Lazımi anda partnyor təşkilatları hətta  dövlət  çevrilişlərinə sövq edə bilən mexanizmlər formalaşdırıblar. Son günlərdə Tbilisidə yaşananlar bu faktı bir daha təsdiq edir. 

Gürcüstanda etiraz aksiyaları günlərdir ki, davam edir. Qərbin donor institutlarına bağlı olan yerli fəallar, QHT, KİV və partiyalar "xarici agentlər" haqqında qanunun qəbul edilməsinə mane olmaq adı altında aksiyaya başlayıblar. Aprelin 15-dən etibarən vüsət alan bu  aksiyalar getdikcə siyasi çalar kəsb edir və cəmiyyəti bir-birinə qarşı duran 2 qütbə bölür. 

Proseslərin qızışmasının bir səbəbi də qeyd olunan aksiyaların Qərb institutları, xüsusilə ABŞ tərəfindən dəstəklənməsidir.  “Gürcü Arzusu” partiyası  "xarici agentlər" haqqında qanun layihəsini parlamentə təqdim etdiyi ilk gündən etibarən ABŞ-ın rəsmi strukturlarından etiraz bəyanatı alıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də açıqlama yayaraq, “Biz Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanun layihəsinin qəbul edilməsindən dərin narahatıq keçiririk” deyib. Avropa İttifaqı da bənzər mövqe sərgiləyib. İttifaq adından yayılmış bəyanatda vurğulanır ki, “xarici agentlər haqqında qanun” qəbul edilərsə, bu, Gürcüstanın Avropa İttifaqına üzvülüyü yönündə aparılan danışıqlara zərbə vuracaq. 

Hansı ki, məsələnin bu cür qoyuluşunun özü absurddur. Çünki, “Xarici agentlər haqqında qanunun”  qlobal səviyyədə ideya  müəllifi Amerika Birləşmiş Ştatlarının özüdür.  Hitler Almaniyasına qarşı mübarizə fonunda gündəmə gələn və ilk nümunə kimi  ABŞ-də 1938-ci ildə qəbul edilən qanun bu gün də yaşadılır

Maliyyə qaynaqlarının,  səhmlərinin 20 faizdən çox hissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum və şirkət  ABŞ-də bu gün də  “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın təsir dairəsinə düşür. Yəni istənilən prosesin maliyyə dövriyyəsinin ən azı 80 faizi  ABŞ-ın nəzarətində  olmalıdır. Bu çərçivəni aşanlar xarici agent kimi qeydiyyata düşməli, fəaliyyətlərini bu qanuna uyğunlaşdırmalıdırlar, daha ciddi nəzarət altında saxlanılmalıdırlar. 

Eyni qanunun Gürcüstanda qəbul edilməsi ABŞ-ı nə üçün dərindən narahat etməlidir? Çünki, qanun qəbul edilərsə, xaricdən “qarnt alan”  Gürcüstan QHT və KİV-lərin fəaliyyəti şəffaflaşdırılacaq. Beləliklə, ABŞ-nin yerli VCT-lərlə qeyri-leqal münasibətləri əlindən çıxacaq. Bir sözlə, ABŞ yerli hakimiyyətlərə təsir mexanizlərini itirəcək. Bu baxımdan müqavimət göstərir,  Gürcüstan cəmiyyətini 2 qütbə bölüb qarşı-qarşıya qoyur, qanunun qəbul edilməsinin qarşısını almağa çalışır. 

ABŞ Azərbaycanda da eyni mexanizmləri qurmaq istəyib 

Problem ondadır ki, Qərb yerli hökumətləri təsir altında saxlamaq üçün Gürcüstanda  tətbiq etdiyi və möhkəmləndirdiyi mexanizmləri Gürcüstan üzərindən digər region ölkələrinə, o cümlədən də Azərbagcana ötürmək niyyətindədir. Bənzər prosesləri  Azərbaycanda  “Demokratik Təşəbbüslər İnstitutu”, “Toplum TV”,  "III Respublika Platforması”, “Abzas Media”-nın iştirakı ilə fərqli adlar altında reallaşdırmağa çalışıb. Yerli təmsilçi qismində çıxış edən bu “KİV və QHT-lər”ə zəruri sifarişləri icra etdirmək üçün “qarant” adı altında böyük miqdarda vəsaitlər ötürülüb. Həmin “qrant vəsaitləri” qeyri-leqal yollarla Azərbaycana gətirilib. 

Şəbəkə üzvləri qanunvericiliyi pozaraq, aldıqları layihələri  Ədliyyə Nazirliyində qeydə aldırmayıblar. Layihələr üzrə verilən vəsaitlər hissələrə bölünüb. Bir qismi Azərbaycan,  bir qismi Gürcüstan, digər qismi isə Avropa ölkələrindəki banklar üzərindən köçürülüb, diqqətdən yayındırılıb.

“Toplum TV”, “AbzasMedia”, “Fakt Yoxla” redaksiyasının, həmçinin, “Demokratik Təşəbbüslər İnstitutu” və  “III Respublika Platforması”nın  yeganə qüsuru  qrant üzrə qanunvericiliyi pozmalarında, qrant vəsaitlərini qeydiyyatdan yayındırmalarında, nəhayət, bu vəsaitləri mənimsəmələrində  deyil. Onların icra etdikləri “qrant layihələri”nin hədəfləri anti-milli ovqatlıdır.  Azərbaycanın müstəqil xarici siyasət kursunun vurulmasına hesablanıb. Bu baxımdan müvafiq dövlət qurumlarının diqqətini çəkiblər  və təhqiqata cəlb olunublar. Aparılan istintaq prosesi zamanı əldə edilən faktlar sübuta yetirir ki, şəbəkənin fəaliyyəti barədə şübhələr reallığa söykənib. 

Əvvəlki məlumatlarda cinayət məsuliyyətinə cəlb edilmiş “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və onlarla birlikdə saxlanılan şəxslərin işi üzrə aparılan istintaq prosesi zamanı yeni faktların aşkarlandığı barədə məlumat yayılmışdı. Qeyd olunmuşdu ki, şəbəkə formasında hərəkət etmiş bu şəxslər ABŞ-nin “İnternews”, USAİD, Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", NESEHNUTİ,  "People in Need" təşkilatları, həmçinin, "Beynəlxalq Fakt Yoxla Platforması",  “OCCRP”  layihələri ilə əməkdaşlıq edərək, qarşılığında “qrant” vəsaitləri alıblar. Amma qanunları pozaraq, bu “qrantları” qeydiyyatdan yayındırıblar. Qeyri-leqal formada icra edilən “qrant layihələri” üçün verilən maliyyə vəsaitlərini xarici banklarda açdıqları hesablar üzərindən götürüblər. Almaniyanın “Deutsche Bank and Commerzbank”,  ABŞ-nin “US Citibank”,  Avstriyanın “Raiffeisen Bank International”, Çexiyanın “ UniCredit Bank Czech”,  Gürcüstanın “TBK Group” banklarında açılmış hesablara müxtəlif xarici “donorlar” tərəfindən köçürülən vəsaitlər Gürcüstanda bankomatlarda nağdlaşdırılıb. Şübhə doğurmamaq üçün hissə-hissə Azərbaycana gətirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4410
avatar

Oxşar yazılar