Yuxusuzluq bəlası - olümə aparan SƏBƏBLƏR
25 may 2020 19:00 (UTC +04:00)

Yuxusuzluq bəlası - olümə aparan SƏBƏBLƏR

“Yuxunu qaçırmaq, daha çox oyaq qalmaq üçün gün ərzində həddindən artıq istifadə olunun qəhvə yuxusuzluq probleminini artırır.

Məlumatsız şəkildə yuxu dərmanlarından istifadə isə xroniki yuxusuzluq və psixoloji pozğunluqlar da  daxil olmaqla ölümə qədər aparan ciddi təhlükələrə yol açır”.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin professoru Məhəmməd Emin Ağqoyunlu yuxusuzluq probleminə qarşı bilib-bilmədən istifadə olunun dərmanlarla bağlı xəbərdarlıq edib. Professor günümüzdə beynin yuxuya getmək üçün ehtiyac duyduğu qaranlığı tapa bilmədiyini açıqlayıb: “Şəhərlərdə işıq çirkliliyi var. Bir tərəfdən də son 10 ildir ki, həyatımz Led ekranların işığının təsiri altına düşüb. Evin işıqlandırılmasından başlamış cib telefonları və tabletlərdə, televizorlarda, kompüterlərdə istifadə olunan Ledlər günəş işığını təqlid etməklə beyində gündüz qavrayışını yaradır.

Yatmazdan əvvəl televizor, telefon və kompüter kimi vasitələrə baxmaq beyində kortizon kimi stres hormonlarını ifraz etməklə yuxunu dağıdır”.

Yuxu dərmanlarından fayda gözləməyin mənasız olduğunu açıqlayan professor, yuxusuzluğun qavrayışı, duyğuları, diqqəti və hafizəni zəiflətdiyini və doğru qərarlar verə bilməmək, diqqətsizlik, depressiya kimi ciddi problemlərə yol açtığını bildirib: “Gün içində yuxunu dağıtmaq üçün bol-bol qəhvə içirik. Bu gün qəhvə neftdən sonra ən çox ticarəti edilən məhsula çevrilib. Qəhvəni içib yuxunu dağıdırıq. O biri tərəfdən isə yuxuya getmək üçün dərman istifadə edirik. Bu isə xroniki yuxusuzluqdan başlamış ölümə kimi apara bilir. Ona görə də reseptsiz, kiminsə tövsiyəsi ilə bu cür dərmanlardan istifadə etmək olmaz. Keyfiyyətli yuxunun yolu yuxu gigiyenasını yaratmaqdan asılıdır. Yatmaq üçün qaranlıq mühit yaradın və özünüzə  zaman verin. Led ekrandan uzaq durun. Yenə də yata bilmirsinizə, peşəkar dəstək alın”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4606

Oxşar yazılar

APA TV  yayım dairəsini genişləndirir

APA TV yayım dairəsini genişləndirir

22 may 2025 , 20:24
Süni intellekt bir foto ilə ölüm riskinizi  müəyyən edir

Süni intellekt bir foto ilə ölüm riskinizi müəyyən edir

22 may 2025 , 19:20
Ən tənbəl  BÜRCLƏR AÇIQLANDI

Ən tənbəl BÜRCLƏR AÇIQLANDI

22 may 2025 , 18:32
Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

22 may 2025 , 17:40
Nazim Rəcəbov 4 ölkədən  olan həmkarı ilə görüşdü

Nazim Rəcəbov 4 ölkədən olan həmkarı ilə görüşdü

22 may 2025 , 17:13
Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

22 may 2025 , 16:41
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

22 may 2025 , 16:38
Baş prokuror Vyanada işgüzar səfərdədir

Baş prokuror Vyanada işgüzar səfərdədir

22 may 2025 , 15:35